Перейти к содержимому
Mingəçevir Dövlət Universiteti(https://mdu.edu.az/)
Qaynar xətt: 0-104-103-103(https://wa.me/994104103103)
Qaynar xətt: 0-104-103-103(https://wa.me/994104103103)
Qaynar xətt: 0-104-103-103(https://wa.me/994104103103)
Elm tədqiqat və innovasiya şöbəsi
Elm və innovasiyalar şöbəsi Mingəçevir Dövlət Universitetinin struktur bölməsi olub, elmi-tədqiqat və innovasiyalar sahəsində Universitetin fəaliyyətini təşkil edir və koordinasiyasını həyata keçirir.
Şöbə Universitetdə 2019-cu ildə aparılan struktur islahatları çərçivəsində yaradılmışdır.
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmr və təlimatlarını, Universitetin Nizamnaməsini, rektorun əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.
Şöbədə görülən işlər
Şöbə aşağıdakı funksiyaları həyata keçirir:
Universitetin elmi potensialının və elmi-texniki resurslarının statistikasını aparır;
kafedralarda elmi tədqiqatların istiqamətləri müəyyənləşdirilərkən onların dövlətin müvafiq sahə üzrə prioritet inkişaf istiqamətlərinə uyğun olmasına, aktuallığına, nəzəri və praktik əhəmiyyət kəsb etməsinə, elmi tədqiqatlar üzrə cari və perspektiv planların tərtib edilməsinə və bu planların vaxtında və tam yerinə yetirilməsinə nəzarət edir.
elm və innovasiyalar sahəsində Universitetin əməkdaşlarının fəaliyyətlərinin nəticələri barəsində məlumatların uçotunu və monitorinqini həyata keçirir;
elm və innovasiyalar sahəsi ilə bağlı yerli, respublika və beynəlxalq səviyyədə keçiriləcək tədbirlər (konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, müsabiqələr, sərgilər və s.) barəsində Universitetin əməkdaşlarını məlumatlandırır və belə tədbirlərdə iştirak edəcək əməkdaşlara mümkün təşkilati köməklik göstərir;
Universitetdə elmi nəşrlərin hazırlanması məsələlərini koordinasiya edir.
Şöbə müdiri
Həsənov Ramil İlham oğlu
ramil.hasanov@mdu.edu.az
Əməkdaşlar
Günel Kərimli
baş mütəxəssis
gunel.karimli@mdu.edu.az
Xəbərlər
Beynəlxalq(https://mdu.edu.az/category/beyn%c9%99lxalq/) Elm və innovasiyalar(https://mdu.edu.az/category/elim-v%c9%99-innovasiyalar/) Konfrans(https://mdu.edu.az/category/konfrans/)
Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetinin həmtəşkilatçılığı ilə VIII Avrasiya Konfransı işə başlayıb(https://mdu.edu.az/risk2026-achilish_22-10-26/)
2026-cı ilin 22 oktyabr tarixində Mingəçevir Dövlət Universiteti və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun birgə təşkilatçılığı, AMIR