Перейти к содержимому

Mingəçevir Dövlət Universiteti(https://mdu.edu.az/)

Qaynar xətt: 0-104-103-103(https://wa.me/994104103103)

Qaynar xətt: 0-104-103-103(https://wa.me/994104103103)

Qaynar xətt: 0-104-103-103(https://wa.me/994104103103)

İmtahanların təşkili və qiymətləndirilməsi şöbəsi

İmtahanların təşkili-monitorinq və qiymətləndirmə şöbəsi Mingəçevir Dövlət Universitetində tədris prosesinin ayrılmaz hissəsi olan imtahanların təşkili, keçirilməsi, monitorinqi və nəticələrin qiymətləndirilməsi prosesini koordinasiya edən struktur bölmədir. Şöbə universitetdə imtahanların şəffaf, obyektiv və mövcud normativ sənədlərə uyğun şəkildə keçirilməsini təmin edir.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin normativ sənədlərini, Mingəçevir Dövlət Universitetinin Nizamnaməsini, universitet rəhbərliyinin əmr və göstərişlərini rəhbər tutur.

Şöbədə görülən işlər

Şöbənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

Universitetdə imtahan sessiyalarının təşkili və keçirilməsini koordinasiya etmək;

İmtahan cədvəllərinin hazırlanmasında iştirak etmək və onların icrasına nəzarət etmək;

İmtahanların mövcud qaydalara uyğun keçirilməsini təmin etmək;

İmtahan prosesinin monitorinqini aparmaq;

İmtahanlarda şəffaflığın və obyektivliyin təmin edilməsinə nəzarət etmək;

Tələbələrin imtahan prosesi ilə bağlı müraciətlərini qəbul etmək və araşdırmaq;