Tender /

23.04.2025

Avtonəqliyyat vasitələrinin illik servisi

Tenderin elan olunması 22.04.2025

Sualların göndərilməsi üçün son tarix 12.05.2025 saat 14:00 (cavablar eyni gün ərzində bütün iddiaçılar ilə bölüşüləcəkdir. Qeyd olunan tarixdən sonra göndərilən suallar cavablandırılmayacaq)

Tender təkliflərinin göndərilməsi üçün son tarix 16.05.2025 saat 16:00

İlkin qiymətləndirmə 20.05.2025

Danışıqların yekunlaşdırılması 26.05.2025

Müqavilənin imzalanması (ehtimal olunan) 02.06.2025

Layihənin Təsviri:

Tələb olunan mallar (xidmətlər) üçün Sifarişçi tərəfindən təqdim olunan siyahı əsasında İddiaçı təklif hazırlamalıdır. Maliyyə və texniki cəhətdən ən uyğun təklif(lər) əsasında Sifarişçi müqavilə bağlayacaq və mallar sifariş ediləcək.

Tələb olunan malların (xidmətlərin) keyfiyyət və zəmanət şərtləri:

İddiaçı təklif etdiyi xidmətin keyfiyyətinə zəmanət verməlidir.

Zəmanətin təmin olunması İcraçı tərəfindən həyata keçirilməlidir.

Sifarişçi görülmüş işlər üzrə keyfiyyət və kəmiyyət üzrə yoxlamaların aparılması üçün üçüncü şəxsə müraciət etmək hüquqlarını özündə saxlayır.

Təmin olunacaq xidmətlər müvafiq yerli və beynəlxalq standartlara cavab verməlidir.

Mallar (xidmətlər) üçün Qanunveriliyin tələblərinə əsasən hər hansı bir Lisenziya tələb olunduqda İddiaçı tələbləri yerinə yetirməyə öz üzərinə götürür.