Əlaqə(https://atu.edu.az/mail/info)

Rektora müraciət(https://atu.edu.az/mail/rector)

AZ EN RU

×

LMS sisteminə giriş(https://portal.wixl.net/)

Keyfiyyət siyasətimiz

Beynəlxalq keyfiyyət standartlarının tətbiq edilməsinin vacibliyini və prioritetliyini, o cümlədən dövlətin və cəmiyyətin tələbatına uyğun olaraq təhsilin davamlı təkmilləşdirilməsinin zəruriliyini nəzərə alaraq, Azərbaycan Texnologiya Universiteti (ATU) keyfiyyət sahəsində bu siyasətlə müəyyənləşdirilmiş prinsip və istiqamətlərə əsaslanır.

ATU-nun keyfiyyət üzrə siyasəti universitetin strateji inkişaf planının hədəflərinə uyğun olmaqla, təhsilin keyfiyyətinin təmin olunmasına və fasiləsiz inkişafına yönəlmişdir. Bu siyasət universitetdə həyata keçirilən fəaliyyətlərin Boloniya prosesinin müddəalarına, Azərbaycan Respublikasının Ömürboyu Təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinə, həmçinin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara əsaslanır.

Strateji hədəflərə nail olunması aşağıdakı istiqamətlərin icrası vasitəsilə təmin edilir:

Tədris proqramlarının hazırlanmasında müasir tədris texnologiyalarından istifadənin nəzərə alınması;

Tədris edilən ixtisasların əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi;

Tədris və sosial fəaliyyətlərin yetərli maddi-texniki baza ilə təmin olunması;

Universitetin müxtəlif fəaliyyət sahələrinin (tədris, inzibati, kitabxana və s.) idarə olunmasında kompleksliliyi təmin etmək məqsədilə informasiya texnologiyalarından geniş istifadə edilməsi;

Kadr hazırlığının ölkə və beynəlxalq akademik tədris standartları əsasında həyata keçirilməsi;

Tədris prosesinin keyfiyyətinə nəzarət və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi;

Keyfiyyətin idarəetmə sistemini dərinləşdirmək məqsədilə professor-müəllim və tələbə heyətinin tədrisin keyfiyyətinin yüksəldilməsi prosesinə cəlb edilməsi;

Tədris prosesinin elmi və istehsalat sahələri ilə inteqrasiyasının və əməkdaşlıq fəaliyyətlərinin dərinləşdirilməsi;

Əmək bazarında nüfuzlu və zəmanətli tərəfdaş kimi mövqe nümayiş etdirilməsi;

Müəllimyönümlü təhsil sistemindən tələbəyönümlü təhsil sisteminə keçidin təmin edilməsi;

Elmi-tədqiqat sahələrində beynəlxalq əlaqələrin inkişafı üzrə fəaliyyətlərin daim genişləndirilməsi;

Beynəlxalq proqramlar çərçivəsində universitetlərarası müəllim və tələbə mübadiləsinin fəal şəkildə həyata keçirilməsi;

Maddi və mənəvi stimullaşdırma sistemlərinin təkmilləşdirilməsi əsasında müəllim və əməkdaşların iş məmnunluğunun artırılması;

Yeni tədris texnologiyalarının və elmi tədqiqatların nəticələrinin tətbiqi üçün münbit şəraitin yaradılması;

Struktur vahidlərində və tələbələr arasında özünütəşkil və özünüidarə proseslərinin təşviq edilməsi.

Universitetin keyfiyyət təminatı sahəsindəki siyasəti onun rolunu və əsas dəyərlərini əks etdirən inkişaf strategiyasının tərkib hissəsidir. Bununla əlaqədar, universitetin bütün struktur bölmələri keyfiyyətin təminatı sisteminin tələblərini öz fəaliyyətlərində rəhbər tuturlar.