USD 1.7
18 °C
|
ATAA(https://ataa.az)
Ana səhifə(https://ataa.az/home/)
Haqqımızda(https://ataa.az/haqqimizda/)
Assosiasiya(https://ataa.az/assosiasiya/)
Struktur(https://ataa.az/struktur/)
Üzvlərimiz(https://ataa.az/uzvlerimiz/)
Azərbaycan(https://ataa.az/azerbaycan/)
Turizm Statistikası(https://ataa.az/azerbaycan/turizm-statistikasi/)
Elektron Vizaların Verilməsi Ilə Bağlı Şərtlər(https://ataa.az/azerbaycan/elektron-vizalarin-verilmesi-ile-bagli-sertler/)
Miqrasiya Qaydaları(https://ataa.az/azerbaycan/miqrasiya-qaydalari/)
Viza şərtləri(https://ataa.az/azerbaycan/viza-sertleri/)
Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr(https://ataa.az/vizasiz-gedis-gelis-rejimi-tetbiq-olunan-olkeler/)
Elanlar və tədbirlər(https://ataa.az/category/elanlar-ve-tedbirler/)
Elanlar(https://ataa.az/category/elanlar-ve-tedbirler/elan/)
İnfo tur(https://ataa.az/category/elanlar-ve-tedbirler/info-tur/)
Vakansiyalar(https://ataa.az/category/elanlar-ve-tedbirler/vakansiyalar/)
Media mərkəz(https://ataa.az/category/media-merkez/)
Xəbərlər(https://ataa.az/category/media-merkez/xeber/)
Qalereya(https://ataa.az/gallery/)
Videolar(https://ataa.az/category/media-merkez/videolar/)
Üzv ol(https://ataa.az/uzv-ol/)
ATAA üzvü olmağın üstünlükləri(https://ataa.az/uzv-ol/uzvluk-sertleri-ve-qaydalari/)
Üzvlük sənədlərinin siyahısı(https://ataa.az/uzv-ol/uzvluk-senedlerinin-siyahisi/)
Hüquqi şəxslər(https://ataa.az/uzv-ol/huquqi-sexsler/)
Fiziki şəxslər(https://ataa.az/uzv-ol/fiziki-sexsler/)
Əlaqə(https://ataa.az/elaqe/)
AZ
EN(https://ataa.az/en/azerbaycan/elektron-vizalarin-verilmesi-ile-bagli-sertler/)
Elektron Vizaların Verilməsi Ilə Bağlı Şərtlər
“ASAN Viza” sistemi vasitəsilə elektron vizaların verilməsi və onlardan istifadə edilməsi aşağıdakı şərtlər çərçivəsində həyata keçirilir:
1. Elektron vizalar (bundan sonra e-viza) yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir;
2. İkili və ya çox vətəndaşlığı olan əcnəbilər e-vizaya müraciət edərkən səyahət üçün istifadə olunacaq səyahət sənədinə uyğun olaraq milliyyətini seçməlidir. Əgər e-vizaya müraciət üçün istifadə olunan səyahət sənədi səyahət üçün istifadə olunacaq səyahət sənədindən fərqlidirsə, e-viza etibarsız sayılır.
3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər e-viza üçün Azərbaycan Respublikasının ərazisinə gəlməzdən əvvəl ən azı 3 iş günü (standart e-viza üçün) və ya 3 saat (təcili e-viza üçün) müddətində müraciət etməlidirlər;
4. Səyahət sənədin etibarlılıq müddəti veriləcək e-vizanın etibarlılığın bitmə tarixindən 3 aydan çox olmalıdır;
5. Standart e-viza 3 iş günü və təcili e-viza isə 3 saat ərzində bayram və qeyri-iş günləri nəzərə alınmadan verilir. E-viza ilə Azərbaycan Respublikasında qalmaq icazəsi 90 gün ərzində 30 gün etibarlıdır. E-viza tək girişlik statusa malikdir;
6. Standart e-vizanın başlanma tarixi standart e-vizaya müraciət etdiyiniz tarixdən ən azı 3 iş günü sonra müəyyən edilir. Təcili e-vizanın başlanma tarixi isə verildiyi andan müəyyən edilir;
7. Elektron vizanın alınması ilə bağlı müraciət edən şəxslər daxil etdikləri ərizə-anket məlumatlarının və sərhədkeçmə sənədinin fotoşəkil olan səhifəsinin skan edilmiş surətinin doğruluğuna, o cümlədən həyata keçirdikləri ödənişlərin düzgünlüyünə görə şəxsən məsuliyyət daşıyırlar;
8. Elektron poçt ünvanı düzgün daxil edilməlidir. E-viza müraciətləri və ödənişlərin qəbul edilməsinə dair məlumatlar, e-viza verilməsi və ya rədd edilməsi barədə məlumatlar daxil olmaqla müraciətçinin elektron poçt ünvanına göndərilir;
9. Səhv və tam olmayan məlumatlar daxil edildikdə və ya ödənişlər düzgün həyata keçirilmədikdə elektron vizanın alınması ilə bağlı müraciət qəbul edilmir;
10. Sərhədkeçmə sənədinin fotoşəkil olan səhifəsinin “ASAN Viza” sistemi tərəfindən oxunması mümkün olmadıqda elektron vizanın verilməsindən imtina edilir;
11. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 16-cı maddəsində müəyyən edilmiş hallarda e-viza müraciəti rədd edilir və ya verilmiş viza ləğv edilir və ya şəxsin ölkəyə daxil olmasına icazə verilmir. ASAN Viza sistemi e-viza verilməsinin rədd edilməsinə və ya ölkəyə daxil olmaq qadağasına görə heç bir məsuliyyət daşımır;
12. Elektron vizanın verilməsindən imtina edildikdə, “ASAN Viza” sistemi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 16-cı maddəsinə əsasən edilmiş imtinanın səbəbi barədə müraciət etmiş şəxsin elektron ünvanına məlumat göndərir;
13. Elektron vizanın verilməsindən imtina edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizanın alınması üçün Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyinə yenidən müraciət edə bilərlər;
14. Elektron vizanın verilməsindən imtina edildikdə həyata keçirilən ödənişlər geri qaytarılmır;
15. Elektron viza sərhədkeçmə sənədinə yapışdırılmır və əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən sərhədkeçmə sənədi ilə birgə təqdim olunur;
16. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti qalma müddəti e-vizanın verildiyi tarixdən etibarən 30 gün müddətini keçməməlidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti qalma müddəti uzadılmadığı, onlara ölkədə müvəqqəti yaşayış icazəsi verilmədiyi, onların ölkədəki müvəqqəti yaşayış müddətinin uzadılmasına və ya müvəqqəti yaşayış icazəsinin verilməsinə dair müraciətləri qəbul edilmədiyi təqdirdə Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər;
17. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində 15 gündən artıq müvəqqəti qalarsa (həmçinin ölkə daxilində yaşayış yerini dəyişdikləri hallarda) müvəqqəti yaşayış yerinin rəhbərliyi (otel, sanatoriya, istirahət evi, kurort, düşərgə, turist düşərgəsi, xəstəxana və digər ictimai yerlər) və ya mənzil sahibləri və ya digər yaşayış yerləri Azərbaycan Respublikasının Miqrasiya Xidmətinə heç bir dövlət rüsumu ödəmədən qeydiyyat etməyə müraciət etməlidirlər.